Rusiya elitası daha çox Qazaxıstan və Azərbaycana uçur – “The New York Times”backend

Rusiya elitası daha çox Qazaxıstan və Azərbaycana uçur – “The New York Times

Rusiyanın Ukraynaya təcavüzündən sonra Qərbin tətbiq etdiyi sanksiyalar və Avropa İttifaqına uçuşların qadağan edilməsi Rusiya elitasının həyatını və vərdişlərini “köklü şəkildə” dəyişib.

KONKRET.az xəbər verir ki, bu barədə informasiya “The New York Times” nəşrində yerləşdirilib.

Mənbə yazır ki, indi BƏƏ, Qazaxıstan və Türkiyə bir çox rus şirkətlərinin sığınacaq yeri, zəngin rusların sevimli istirahət mərkəzidir. Azərbaycan da şəxsi təyyarə səyahətindən bəhrələnib.

Ukraynada müharibə başlamazdan əvvəl Rusiya Federasiyasından uçan şəxsi uçuşların yalnız 3%-i Dubaya gedirdisə, may ayına qədər bu rəqəm 15%-ə yüksəlib.
“The New York Times” qəzeti “RadarBox.com” saytının hazırladığı qeydlərin təhlilinə istinadən bildirir ki, biznes jetlər Mərkəzi Asiya və Yaxın Şərqə daha tez-tez uçmağa başlayıb.

Uçuşların təhlili, həm şəxsi təyyarələri, həm də kommersiya şirkətləri tərəfindən icarəyə götürülmüş təyyarələri əhatə edib. Baxmayaraq ki, uçan biznes jetlərinin əksəriyyəti özəldir.

Fevralın 24-dən sonra Rusiyadan şəxsi təyyarələr havaya qalxmağa davam edib, lakin aprelin sonuna kimi onların heç biri Avropaya getməyib. Əvəzində Birləşmiş Ərəb Əmirlikləri ilə yanaşı, Türkiyəyə üz tutub. Ankara, həmçinin rus oliqarxlarının yaxta və təyyarələrinə sığınacaq təklif edib.

Qazaxıstan Rusiya biznesini cəlb etmək üçün daha bir mərkəzə çevrilib. Məhz ABŞ-ın “McKinsey” konsaltinq nəhəngi Rusiya bazarını tərk edərək, Moskva ofisinin yüzlərlə əməkdaşını bura köçürüb. Bu ölkə Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiyadan uçan şəxsi təyyarələr üçün üçüncü ən populyar istiqamət olub.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*