Rusiya Ermənilər Birliyi seçkilərin nəticəsi ilə bağlı bəyanat yayıb.
KONKRET.az bu barədə erməni mediasına istinadən xəbər verir.
Ümumrusiya Ermənilər Birliyinin bəyanatında deyilir:
“Erkən seçkilər Ermənistan cəmiyyətinin əhval-ruhiyyəsini və istəklərini əks etdirmədi.
Yalan və saxtalaşdırmaya əsaslanan kampaniya öz nəticəsini verdi. Siyasi texnologiyaların köməyi ilə insanların inamı və sadəlövhlüyündən istifadə edildi.
Ermənistanı ciddi daxili və geosiyasi çağırışlar gözləyir: siyasi, iqtisadi və sosial çətinliklər daha da pisləşəcək, miqrasiya artacaq, gərginlik və parçalanma daha da artacaq”.
Xuraman Etibarlı
KONKRET.az
