“Rosselxoznadzor” Ermənistandan süd məhsullarının tədarükünə qadağa qoyub.
KONKRET.az xəbər verir ki, bu barədə idarənin yaydığı məlumatda deyilir.
“Rosselxoznadzor” Ermənistan tərəfinin zəif nəzarəti və məhdudlaşdırıcı tədbirlərin pozulması səbəbindən Ermənistandan Rusiyaya süd məhsullarının idxalına mümkün məhdudiyyətləri açıqlayıb.
Agentlik Ermənistanın Qida Təhlükəsizliyi Müfəttişliyinə martın 31-dək Ermənistandan Rusiyaya süd məhsullarının gələcək tədarükü imkanlarını müzakirə etməyi təklif edib. Məsləhətləşmələrin nəticələrinə əsasən, Ermənistanın bütün süd müəssisələrindən süd məhsullarının tədarükünə məhdudiyyətlərin tətbiqi məsələsinə baxılacaq ”, – məlumatda deyilir.
İdarə xəbər verir ki, “Rosselxoznadzor”un mütəxəssisləri tərəfindən martın 20-24-də aparılan yoxlama zamanı Ermənistan istehsalçılarının Rusiyaya tədarük hüququ olmayan İran müəssisələrindən xammaldan istifadə etmələri faktı təsdiqlənib.
“Aşkar edilmiş pozuntuların xarakteri, həmçinin dövlət baytarlıq xidməti tərəfindən süd emalı müəssisələrinin fəaliyyətinə lazımi nəzarətin olmamasından xəbər verir ki, bu da Rusiyaya keyfiyyətsiz və təhlükəli məhsulların idxalı riskini artırır”, – deyə “Rosselxoznadzor” qeyd edib.
Xuraman Etibarlı,
KONKRET.az
