Rusiya Ermənistanın əli ilə Azərbaycan boru kəmərlərinə HÜCUM PLANLAYIR – ŞOK DETALLARbackend

Rusiya Ermənistanın əli ilə Azərbaycan boru kəmərlərinə HÜCUM PLANLAYIR - ŞOK DETALLAR

Rusiya Ermənistanın əli ilə Azərbaycanın boru kəmərlərinə hücum hazırlayır.

KONKRET.az xəbər verir ki, bu barədə Britaniyanın “The Express” nəşri yazı dərc edib.

Bildirilib ki, Rusiya Prezidenti Vladimir Putin Azərbaycandan qazın nəql olunduğu boru kəmərlərini sıradan çıxarmaq üçün erməni hərbçilərinə təlim keçməyə göstəriş verəcək.

İngilis nəşrinə görə, çarəsiz Rusiya bunu Avropaya qaz axınının qarşısını almaq üçün planlayır. Bununla bağlı kəşfiyyat mənbələri xəbərdarlıq edir. Lakin sözügedən hücum çətin ki, iqtisadi dağıdıcı münaqişəyə son qoymaq istəyən və “sülh planı”nın çərçivəsini müəyyən edən Çin liderlərini sevindirsin.

“The Ekspress”in yazdığına görə, plan həm də sonuncu dəfə Münhen Təhlükəsizlik Konfransına toplaşan NATO-nun yüksək səviyyəli nazirləri və hərbi komandirləri arasında da narahatlıq yaradıb.

Nəşrin vurğuladığı kimi, Rusiyanın Avropa İttifaqına enerji tədarükünü dayandırmasından sonra Azərbaycan Avropa üçün getdikcə daha qiymətli təbii qaz mənbəyinə çevrilib. İngilis nəşrinə görə, bunun qarşısını almaq üçün Moskva öz xüsusi təyinatlılarına Ermənistanda nəzarət edə bilən qüvvələr yaratmağa icazə verib.

Plan Xəzər dənizinin Azərbaycan sektorundakı Şahdəniz qaz yatağından təbii qazı Türkiyəyə və onun hüdudlarından kənara nəql edən Cənubi Qafqaz boru kəmərinə hücumu nəzərdə tutur.

Bildirilir ki, Moskva Azərbaycanın NATO-nun Şimali Atlantika Əməkdaşlıq Şurasına qoşulmasından və 1994-cü ildə “Sülh Naminə Tərəfdaşlıq” çərçivə sənədini imzaladıqdan sonra getdikcə artan Qərb mövqeyindən narazıdır.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*