Rusiya hakerləri 1500 ukraynalı casusun məlumatlarını YAYDIbackend

Rusiya hakerləri 1500 ukraynalı casusun məlumatlarını YAYDI

Rusiyanın “RaHDIt” hakerlər qrupu Ukrayna Xarici Kəşfiyyat Xidmətinin 1,5 mindən çox əməkdaşının məlumatlarını yayıb.

KONKRET.az xəbər verir ki, dərc olunan məlumatın aktuallığını “RİA Novosti”yə hüquq-mühafizə orqanlarındakı mənbə təsdiqləyib.

Kəşfiyyat əməkdaşlarının 20-dən çox ölkədəki səfirliklərdə işlədiyi iddia edilir.

Məlumatda qeyd edilir ki, bu ölkələr arasında Argentina, Macarıstan, Almaniya, Yunanıstan, İraq, İtaliya, Polşa, ABŞ, Tacikistan, Fransa, Cənubi Afrika Respublikası da var.

Həmçinin, BMT, Aİ və NATO missiyalarında olan Ukrayna Xarici Kəşfiyyat Xidmətinin 40-dan çox əməkdaşı haqqında məlumatlar ictimaiyyətə açıqlanıb.

Xatırladaq ki, iyun ayında “RaHDIt” hakerləri Ukrayna Təhlükəsizlik Xidmətinin 700 əməkdaşının şəxsi məlumatlarını dərc edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*