Rusiya HƏDƏLƏDİ: “G7-nin Ukraynadakı müşahidəçiləri qanuni hərbi hədəf olacaq”backend

Rusiya HƏDƏLƏDİ: "G7-nin Ukraynadakı müşahidəçiləri qanuni hərbi hədəf olacaq"

G7 ölkələri öz müşahidəçilərini Ukrayna ərazisinə göndərərsə, o zaman onlar qanuni hərbi hədəf olacaq.

KONKRET.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi mənbəyə istinadən məlumat yayıb.

“Kiyevə kəşfiyyat məlumatları və döyüş vasitələri ötürən G7 ölkələri, əgər Zelenskinin Ukraynaya müşahidəçi göndərmək xahişinə müsbət cavab versə, bu qondarma müşahidəçiləri legitim hərbi hədəflərə çevirəcək”, – bəyanatda deyilir.

Rusiya hakimiyyəti hesab edir ki, Qərb Ukraynanı silahla təmin etdiyi üçün münaqişəyə çoxdan qarışıb.

Qeyd edək ki, oktyabrın 11-də Ukrayna Prezidenti Volodimir Zelenski G7 ölkələrini Belarusla sərhəddə beynəlxalq müşahidəçilər yerləşdirməyə dəvət edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*