“Rusiya ilə əlaqələrinə görə Türkiyəyə təzyiq edirlər, yollar axtarırıq” – Peskov “Ərdoğana inanırıq” dedibackend

“Rusiya ilə əlaqələrinə görə Türkiyəyə təzyiq edirlər, yollar axtarırıq” – Peskov “Ərdoğana inanırıq” dedi

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Qərbin Ankaraya təzyiqlətinin Türkiyə-Rusiya ticarətinə mənfi təsir göstərdiyini etiraf edib.

KONKRET.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Peskov hazırda Moskva və Ankaranın Qərbin təzyiqlərindən yan keçməyin yollarını axtardıqlarını deyib:

“Biz bu axtarışların müsbət nəticələnəcəyinə əminik. Çünki prezident Ərdoğan öz ölkəsinin maraqlarını kifayət qədər müdafiə edir”.

Qeyd edək ki, bir gün əvvəl Rusiya prezidenti Vladimir Putin Ankaranın Qərb investisiyalarına bəslədiyi ümidlərinin Rusiya ilə iqtisadi əlaqələrə xələl gətirdiyini və bundan daha çox Türkiyənin zərər çəkəcəyini demişdi.

Orxan HƏSƏNLİ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*