“ABŞ-ın son bir ildə atdığı addımlar Rusiya, İran və Çin arasında yaxınlaşmanı sürətləndirib”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Politico” nəşri məqalə dərc edib: “Son bir il ərzində Birləşmiş Ştatlar Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib. Eyni zamanda Çinə qarşı son dərəcə döyüşkən mövqe sərgiləyib. Bu yanaşma sərt ixrac nəzarətindən tutmuş, Tayvana açıq dəstəyə qədər müxtəlif siyasətlərdə özünü göstərir. Eyni zamanda, Bayden administrasiyası İrana qarşı status-kvonun saxlanılmasını nəzərdə tutan siyasət yürütməyə davam edir. İranın nüvə sazişini bərpa etmək cəhdləri uğursuzluğa düçar olur”, – nəşr yazıb.
“Politico” müəllifi qeyd edir ki, hər üç ölkə ABŞ-ın tətbiq etdiyi sanksiyalar rejiminin təsiri altındadır və onların daha sıx əməkdaşlığa başlaması təəccüblü deyil: “İran Şanxay Əməkdaşlıq Təşkilatına – Çin və Rusiyanın rəhbərlik etdiyi təhlükəsizlik məsələləri üzrə foruma qoşulmaq üçün son mərhələdədir. Çin, İran və Səudiyyə Ərəbistanı arasında razılıq əldə olunmasına kömək etdi. Çin prezidenti Si Cinpinin martın 20-də başlayacaq Moskva səfəri onların tərəfdaşlığının nə qədər möhkəmləndiyini deməyə əsas verir. Moskva, Pekin və Tehrana vacib olan ABŞ-a qarşı birləşməkdir”, – deyə müəllif vurğulayıb.
“Qeyd olunan ölkələrə qarşı mübarizədə ABŞ-ın iki variantı var. Bunlardan birincisi, yaxın gələcək üçün adıçəkilən dövlətlər qrupuna qarşı yönələn siyasəti davam etdirməkdir. Belə olan halda, Vaşinqton üçün “işğal koalisiyasını” toplamaq çətin olacaq. Məsələn, Hindistan Çini ələ keçirmək üçün cəhd edə bilər, amma tarixi əlaqələrə görə Rusiyaya qarşı çıxmaq onun üçün daha çətindir. İkinci yol ABŞ-ın bu ölkələr arasında mövcud olan ziddiyyətlərdən sui-istifadə edərək onları parçalamağa çalışmasıdır”, – deyə müəllif məqaləsini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az