Rusiya Kiyevdə dəmir yoluna zərbə endirdi: ölən var backend

Rusiya Kiyevdə dəmir yoluna zərbə endirdi: ölən var 

Rusiya qoşunları Kiyevin Darnitsa rayonundakı dəmir yolu müəssisəsinə ballistik zərbə endirib.

KONKRET.az xəbər verir ki, bu barədə “Ukrzaliznitsya” SC-nin İdarə Heyətinin sədri Aleksandr Pertsovski Facebook-da bildirib.

Onun sözlərinə görə, zərbə Darnitsadakı dəmir yolu müəssisələrindən birinə endirilib.

“Bir işçi – “Ukrzaliznitsya”nın briqadiri hadisə yerində həlak olub, digərlərini ilk zərbədən sonra operativ şəkildə təxliyə etmək mümkün olub”, – Pertsovski qeyd edib.

Bundan başqa, “Ukrzaliznitsya”nın rəhbəri Odessa dəmir yoluna edilən hücum barədə məlumat verib. Onun sözlərinə görə, Odessa vilayətinin Razdelnaya stansiyasında dəmiryol vağzalı zədələnib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*