Rusiya Ukraynanı raket atəşinə tutdu: yaşayış binaları dağıldı, elektrik enerjisi kəsildi – YENİLƏNİBbackend

Rusiya Ukraynanı raket atəşinə tutdu: yaşayış binaları dağıldı, elektrik enerjisi kəsildi - YENİLƏNİB

Rusiyanın Ukraynanı raket atəşinə tutması nəticəsində bir sıra şəhər və vilayətlərdə elektrik enerjisi kəsilib. 

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, paytaxt Kiyevdə daha bir çoxmərtəbəli yaşayış binasına raket düşüb.

Bundan başqa, raketlərdən biri Xarkovdakı mühüm əhəmiyyətli infrastrukturu hədəf alıb, metronun hərəkəti dayandırılıb.

Məlumatda həmçinin Jitomırın tamamilə, Lvov, Rivne və digər şəhərlərin qismən elektrik enerjisiz qaldığı bildirilib.

Hazırda Kiyev, Xarkov, Vinnitsa, Kovel, Jitomır, Lvov, Poltava, İvano-Frankovsk, Ternopol, Krivoy Roy, o cümlədən digər şəhər və vilayətlərdə partlayışların baş verdiyi qeyd olunub.

18:00

Rusiya Silahlı Qüvvələri Ukraynanın Kiyev vilayətinə və Kiyev şəhərinə raketlər atıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Strana” məlumat yayıb.

Həmçinin qeyd olunub ki, Ukraynanın Sumı və Odessa vilayətlərində də partlayış səsləri eşidilib, hava hücumundan müdafiə (HHM) sistemləri işləyir.

Xatırladaq ki, bu gün səhərdən etibarən bütün Ukrayna ərazisində hava həyəcanı siqnalının verilməsi barədə məlumatlar yayılmışdı.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*