Rusiya Konstitusiya Məhkəməsi Ukrayna ərazilərinin ilhaqını TƏSDİQLƏDİbackend

Rusiya Konstitusiya Məhkəməsi Ukrayna ərazilərinin ilhaqını TƏSDİQLƏDİ

Rusiya Konstitusiya Məhkəməsi Ukraynanın işğal olunmuş rayonlarının ilhaqını təsdiqləyib.

KONKRET.az xəbər verir ki, bu barədə məhkəmənin saytında məlumat verilib.

Məhkəmə “baxışa təqdim edilən dörd müqavilənin hamısının Rusiya Konstitusiyasına uyğun olduğu” qərarını verib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin sentyabrın 30-da Kremldə keçirilən mərasimdə çıxış etdikdən sonra Ukraynanın Donetsk, Xerson, Luqansk və Zaporojye vilayətlərinin Rusiyaya “qoşulması” ilə bağlı sənədləri imzalayıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*