Rusiya mediası: Ermənilərin yeni postları Şuşaya gedən yolu təhlükə altına alırbackend

Rusiya mediası: Ermənilərin yeni postları Şuşaya gedən yolu təhlükə altına alır

Rusiyanın “Kommersant” qəzeti Azərbaycan Müdafiə Nazirliyinin sülhməramlılara çağırış edən sonuncu açıqlamasına toxunub.

KONKRET.az modern.az-a istinadən xəbər verir ki, qəzetə görə, rəsmi Bakı Ermənistan ordusunun qalıqlarının üçtərəfli razılaşmanın bəndlərinə zidd olaraq hələ də Dağlıq Qarabağdan tam çıxarılmamasından narazıdır. Paralel olaraq, sülhməramlıların nəzarət etdiyi ərazidə – Muxtarkənd əv Şuşakənddə Ermənistanın yeni döyüş postları yaratması haqlı narazılıq doğurub.

“Azərbaycan tərəfinin bu məsələyə diqqət yönəltməsinin səbəbi nəqliyyat xətləri, o cümlədən Şuşaya gedən kommunikasiyaları təhlükə altında alan ərazilərdə yeni dislokasiya nöqtələri yaratması ilə bağlıdır”, – deyə qəzetə Bakıdan adı açıqlanmayan mənbə məlumat verib.

Hazırda məsələ ilə bağlı Bakı, Yerevan və Moskva arasında danışıqlar davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*