Rusiya MN-dən Azərbaycan-Ermənistan sərhədindəki döyüşlərlə bağlı AÇIQLAMAbackend

Rusiya MN-dən Azərbaycan-Ermənistan sərhədindəki döyüşlərlə bağlı AÇIQLAMA

Rusiya Müdafiə Nazirliyi Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı açıqlama yayıb.

KONKRET.az xəbər verir ki, Nazirlik təmas xəttində vəziyyətin stabilləşdiyini açıqlayıb.

“Azərbaycan-Ermənistan təmas xəttində Rusiya Federasiyası və ordu generalı Sergey Şoyqunun vasitəçiliyi ilə atəşkəs rejimi müəyyən olunub” açıqlamada deyilir.

Qeyd edək ki, Ermənistan tərəfi Basarkeçər rayonunun Zərkənd və Yuxarı Şorca kəndləri istiqamətindəki mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcərdə yerləşən mövqelərini atəşə tutub. Düşmən müxtəlif kalibrli silhalardan, o cümlədən minomyot və tanklardan istifadə edib.

Məlumata görə, bu saata qədər Azərbaycan tərəfində 2 yaralı, Ermənistan tərəfdə isə 3 ölü, 2 yaralı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*