Rusiya Monteneqronun xarici işlər naziri Ranko Krivokapiç, müdafiə naziri Rasko Koneviç və Milli Təhlükəsizlik Agentliyinin keçmiş direktorunun ölkəyə girişini qadağan edib.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiya XİN bununla bağlı Monteneqronun Moskvadakı səfirliyinə nota göndərib.
Rusiya Xarici İşlər Nazirliyi bu tədbiri sentyabrda Monteneqronun Podqoritsadakı səfirliyinin diplomatlarını persona–non–qrata elan etmək üçün qəbul edilmiş növbəti qərarına cavab adlandırıb.
İqbal Rzayev,
KONKRET.az
