“Rusiya Ukraynada Moskvaya lazım olan yerdə xüsusi əməliyyata son qoyacaq, biz öz mövqelərimizdə möhkəm dayanacağıq”.
KONKRET.az xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib. O, Rusiyanın Ukraynada Moskvaya lazım olan yerdə “xüsusi əməliyyat”a son qoyacağını bildirib.
“Rusiya Ukraynada Moskvanın ehtiyacı olduğu yerdə xüsusi əməliyyata son qoyacaq, biz öz mövqelərimizdə möhkəm dayanacağıq… Qərbin hansı qərarlar qəbul etməsindən asılı olmayaraq, Rusiya Ukraynada xüsusi hərbi əməliyyatın məqsədinə nail olacaq. Amma hələ də Qərbin günahından Donbasda gərginlikdir”, – Rusiya mediası Ryabkovun sözlərinə istinad edib.
O, həmçinin bildirib ki, Rusiya Qərb ölkələrindən Ukraynaya ağır silahların verilməsindən narazıdır.
“ABŞ Ukrayna ilə bağlı vəziyyətdə odla oynamaqda davam edir. Rusiya Federasiyası xəbərdarlıq edir ki, Qərb ölkələri gərginlikdən çəkinməlidir. Birləşmiş Ştatlar və onun “əlaltıları” heç kimə imkan vermirlər. Rusiya təcrid oluna bilməz”, – Ryabkov əlavə edib.
Xuraman Etibarlı,
KONKRET.az
