Rusiya ordusu Ukraynada neft anbarını atəşə tutdu – Yanğın baş verdibackend

Rusiya ordusu Ukraynada neft anbarını atəşə tutdu - Yanğın baş verdi

Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətini atəşə tutub.

KONKRET.az xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Şurasının sədri Nikolay Lukaşuk və Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının sədri Valentin Rezniçenko məlumat veriblər.

Novomoskovsk vilayətinə atılan raketlər neft anbarını dağıdıb, güclü yanğın başlayıb.

Hadisə nəticəsində üç nəfər yanıq xəsarətləri alıb.

Xilasedicilər yanğını söndürməyə çalışır.

“İlkin məlumatlara görə, qurbanlar və irimiqyaslı dağıntılar var. İndi bütün məlumatlar dəqiqləşdirilir”, – deyə Lukaşuk bildirib.

O, həmçinin Krivoy Roqda günorta saatlarında baş verən raket hücumu nəticəsində iki nəfərin yaralandığını xatırladıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*