Rusiya Ermənistanın Baş naziri Nikol Paşinyanın may ayında Moskvada keçiriləcək Aİİ-nin yubiley sammitində iştirakını gözləyir.
KONKRET.az xəbər verir ki, bu sözləri Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin RİA Novosti-yə müsahibəsində bildirib.
“Bu il Ermənistan Respublikası Avrasiya İqtisadi Şurasına sədrlik edir. Bu, həmçinin nümayəndə heyətlərinin mübadiləsini və səfərləri nəzərdə tutur. May ayında Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammitinin keçirilməsi planlaşdırılır və təbii ki, Rusiya tərəfi ölkə lideri, sədr, baş nazir Paşinyanın iştirakını gözləyir”, – Rusiya səfiri bildirib.
Natiq Səlim,
KONKRET.az
