Rusiya Qazaxıstana hücum edəcək? – Ermənipərəst Zatulin ANONS verdibackend

Rusiya Qazaxıstana hücum edəcək? - Ermənipərəst Zatulin ANONS verdi

Bir gün əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında çıxış edərək “Donetsk və Luqansk Xalq Respublikaları”nı “kvazi-dövlətlər” adlandıraraq, rəsmi Nursultanın nə vaxtsa onları tanıyacağına şübhə etdiyini bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə informasiya Qazaxıstan mətbuatında yer alıb.
Qazaxıstan liderinin fikrincə, xalqların öz müqəddəratını təyinetmə prinsipindən geniş istifadə olunması xaosa səbəb ola bilər.

“Əgər millətlərin öz müqəddəratını təyin etmək hüququ yer kürəsində həqiqətən reallaşarsa, o zaman hazırda BMT-nin üzvü olan 193 dövlət əvəzinə Yer kürəsində 500 və ya 600-dən çox dövlət yaranacaq. Təbii ki, xaos olacaq. Bu səbəbdən nə Tayvanı, nə Kosovonu, nə Cənubi Osetiyanı, nə də Abxaziyanı tanımırıq. Və görünür, bu prinsip bizim fikrimizcə, Luqansk və Donetsk olan kvazidövlət ərazilərinə də şamil olunacaq”, – Tokayev bildirib.

Qazaxıstan Prezidentinin “Danışır Moskva” radiosunda bəyanatını Rusiya parlamentin Aşağı Palatasının MDB işləri üzrə komitəsinin sədr müavini, MDB ölkələri İnstitutunun direktoru, ermənipərəst mövqeyi ilə tanınan, Ermənistanın maraqlarını müdafiə edən Konstantin Zatulin dərhal şərh edib.
Onun fikrincə, “Rusiya Federasiyasının müttəfiqləri onlar üçün faydalı olduqda əməkdaşlıqda maraqlıdırlar, digər hallarda Rusiyanı dəstəkləmirlər”.

“Qazaxıstanın tanımaması Tokayevin bu açıqlaması olmadan da aydın idi”, – Zatulin deyib.

“Ancaq Tokayevin prezident Putinin iştirakı ilə keçirilən tədbirdə bu barədə dedikləri dürüst görünsə də mənim fikrimcə, düzgün deyildi. Bu, Kremlin sahibinə meydan oxumaq kimi görünürdü. Şübhə etmirdim ki, MDB, Avrasiya İttifaqı və KTMT-dəki müttəfiqlərimiz adlanan dövlətlər öz öhdəliklərini və müttəfiqliklərini özünəməxsus şəkildə başa düşürlər. Onlar bütün inteqrasiya birliklərinə İsveç masası (səhər yeməyi) kimi yanaşırlar, bəyəndiklərini alırlar, bəyənmədiklərini isə almırlar. Heç kim onlardan heç nə gözləmirsə, heç olmasa susmaq olardı. Onlar çox yaxşı bilirlər ki, rusların çoxluq təşkil etdiyi bir sıra rayonların, qəsəbələrin Qazaxıstan adlanan yerlə heç bir əlaqəsi yoxdur. Biz hər yerdə, o cümlədən Ukraynaya münasibətdə deyirik: əgər bizim dostluğumuz, əməkdaşlığımız, tərəfdaşlığımız varsa, heç bir ərazi məsələsi gündəmə gəlmir. Əgər yoxsa, onda hər şey mümkündür. Ukraynada olduğu kimi. Ona görə də mənə elə gəlir ki, Qazaxıstanda da bu məsələyə (müharibəyə başlamaq) diqqət yetirmək lazımdır”.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*