Rusiya qazı Ermənistana Azərbaycan ərazisindən VERİLƏCƏKbackend

Rusiya qazı Ermənistana Azərbaycan ərazisindən VERİLƏCƏK

Rusiya qazının Ermənistana tədarükü “Şimali Qafqaz-Zaqafqaziya” qaz boru kəmərinin (Rusiyadan Gürcüstan vasitəsi ilə Ermənistana qaz tədarükü üçün) təmiri ilə əlaqədar, müvəqqəti olaraq Azərbaycan ərazisindən həyata keçiriləcək.

KONKRET.az xəbər verir ki, bu barədə “Qazprom Export” məlumat yayıb.

“Şimali Qafqaz – Zaqafqaziya” qaz kəmərində planlaşdırılmış profilaktik təmir işləri zamanı Rusiya qazı Azərbaycan ərazisi vasitəsilə istehlakçılara tədarük ediləcək. Martın 16-da “Qazprom Export” MMC və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Rusiya qazının Azərbaycan ərazisindən nəqli üçün qısamüddətli müqavilə imzalanıb”, – deyə Rusiya təchizatçısı qeyd edir.

“Müqavilədə “Şimali Qafqaz – Zaqafqaziya” qaz kəmərinin Rusiya hissəsində planlaşdırılmış profilaktik təmir işləri zamanı qazın Azərbaycan ərazisindən keçərək Gürcüstanla sərhədədək istehlakçılara tədarük ediləcəyi nəzərdə tutulur. İş təxminən üç həftə çəkə bilər. İş tamamlandıqdan sonra qaz Rusiya Federasiyası və Gürcüstan sərhədi üzərindən əvvəlki marşrutla nəql ediləcək”, – deyə əlavə edilir.

2020-ci ildə “Qazprom” Ermənistana 2,2 milyard kubmetr qaz verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*