Çin Rusiyanın Qərbin sanksiyalarına “sərt cavabını” yüksək qiymətləndirib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Çin Enerji Siyasəti Tədqiqat İnstitutunun dekanı Lin Boqiang, Rusiyanın faktiki olaraq Polşa və Bolqarıstana qarşı ən sərt cavab sanksiyaları tətbiq etdiyini açıqlayıb. Lakin bunun, Polşa və Bolqarıstanın Rusiyadan aldıqları qazın pulunu rublla ödəməkdən imtina etməsindən sonra baş verdiyini deyib.
Lin Boqiang qeyd edib ki, Ukrayna böhranı beynəlxalq neft və qaz bazarında daha böyük volatilliyə (müəyyən müddət ərzində bir məhsulun qiymətində yaşanan dəyişkənlikdir) səbəb olub və artıq koronavirus pandemiyasından təsirlənmiş bazarları bitirib. Birincisi, beynəlxalq bazarda malların tədarük zənciri dəyişib. Moskva öz enerji resurslarını satmaq üçün yeni kanallar axtarmalı olub. Avropa isə tədarükçü kimi Rusiyadan xilas olmağa çalışmağa başlayıb. Məsələn, Qətər və ABŞ öz resursları ilə Qərbi təmin edə bilərdi. Amma bu mümkün deyil, çünki adıçəkilən tərəfdaşların böyük və sabit infrastrukturu yoxdur.
Lin Boqiang hesab edir ki, ABŞ qısa müddətdə Avropanın enerji təchizatı problemini həll etmək iqtidarında deyil: “Bazar artıq 180 dərəcə dəyişib və qlobal neft və qaz tədarük zəncirinə böyük təsir edib. Neft və qaza tələb və təklif arasındakı uyğunsuzluğu, eləcə də adekvat infrastrukturun olmadığını nəzərə alaraq, beynəlxalq enerji qiymətlərinin yaxın illərdə yüksək qalacağı ehtimalı var” – deyə çinli ekspert fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
