Rusiya seçkiləri: Fəallıq 58%-i keçdibackend

Rusiya seçkiləri: Fəallıq 58%-i keçdi

Rusiyadakı prezident seçkilərində səsvermənin ikinci gününün sonuna qədər seçici fəallığı 58,45% təşkil edib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının saytı məlumat yayıb.

Sonuncu seçki məntəqələri bu gün, martın 16-da, Moskva vaxtı ilə saat 21:00-da Kalininqrad vilayətində bağlanıb. Sabah səsvermənin son günü olacaq. Rusiyada prezident seçkiləri ilk dəfə üç gün ərzində keçirilir.

Məsafədən elektron səsvermə sistemindən istifadə etməklə artıq 4 milyon 181 min 388 nəfər səs verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*