“Rusiya sülhməramlı kontingenti Qarabağı tərk etməli olacaq” – Zatulinbackend

"Rusiya sülhməramlı kontingenti Qarabağı tərk etməli olacaq" - Zatulin

“Bakı Qarabağdakı sülhməramlı kontingentdən imtina edə bilər”.

KONKRET.az xəbər verir ki, bunu Dövlət Dumasının ermənipərəst deputatı Konstantin Zatulin deyib. O bildirib ki, növbəti mərhələdə sülhməramlılar Qarabağı tərk etməli olacaq.

“Azərbaycan tərəfindən növbəti akt Rusiyanın sülhməramlı kontingentin müddətinin uzadılmasından imtina etməsi olacaq”, – o deyib.

Zatulinin fikrincə, Bakı erməniləri guya “tarixi əraziləri”ndən sıxışdırıb çıxarmağa görə lazımsız şahidlərin olmaması üçün belə bir addım ata bilər.

O hesab edir ki, Paşinyan Qarabağda insanları və əraziləri təslim edib.

“Dağlıq Qarabağ ifadəsi olmayacaq, Bakı artıq onu belə adlandırmaqdan imtina edir. Bu, erməni xalqının “faciə”sinin yeni dövrüdür”, – deyə Zatulin bildirib.

Xatırladaq ki, dünən Əliyev Qarabağ ermənilərinə Azərbaycan vətəndaşlığını qəbul etməyi təklif edib, Paşinyan isə İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tam tanıdığını bəyan edib.

Xuraman Etibarlı,

KONKRET.az

  • Bayraktar
    Aprel 20, 2023 - 12:06

    Bu zatulinlər-zatiqirixlar ermənini guya müdafiə eləməsindən danışanda adamın lap əti üstündən tökülür,bu ..xiyar..in Ermənistana girişinədə qadağa qoyublar.e amma yenə bürüyür!😁

    • Ofeliya
      Aprel 22, 2023 - 08:33

      Zatulin açıq a.kar bizim düşmənimizdir indidə görür işlər düzəlməyə doğru gedir belə yazıları ilə erməniləri qızışdırır millətlər arasına nifaq salmaqda davam edir həm Rusiya həm Ermənistanla
      Ermənilərin acı günləri başlayır deməklə yalan deyir Azərbaycan hakimiyyəti Qarabağda 30 il əvvəl yaşamış ermənilər Azərbaycan vətəndaşı olaraq yaşamasını istəyib yox özləri istəməsə hər tərəfə yol açıqdır bu qədər
      Zstulin kimilərin çirkli beyini ilə ermənilər əfsuslar olsun ki beyinlərini zəhərləyiblər
      Sllah da haqqın tərəfindədir
      Bizim torpaqlarımızın bir qarışı belə yadlara verilməyəcək…

  • Bayraktar
    Aprel 20, 2023 - 12:09

    Axmaq millət,girmisiz zorla başqa dövlətin ərazisinə hələ boş-boş açıqlamalar da verirsiz!Deyən haykanuslar yaman xoşunuza gəlib!

  • Məzahir
    Aprel 24, 2023 - 04:26

    “Lazımsız şahidlər olmasın” ? Bu nə sərsəmləyir,hansı dövrdə yaşayırıq? Normal vətəndaş olsalar canları cəhənnəm qoy yaşasınlar. Anormallar isə hər ölkədə “arzuolunmaz şəxs” hesab olunurlar,eynən səni kimi,qospodin Zad-ulin! Таких как ты Армения уже не нуждается,деньги у них кончились,каждому проходимца тратит не хотят.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*