Rusiya Ukrayna ilə müharibədən yorulub.
KONKRET.az xəbər verir ki, “Freedom” rus xidməti “Meduza” saytının təhlilinə istinadən məlumat yayıb. Bildirilir ki, Rusiyada “Ukraynaya qarşı müharibədən yorğunluq” müşahidə olunur.
“Meduza” xəbər verir ki, bunu hökumətin sifarişi ilə keçirilən qapalı sosioloji sorğuların nəticələri sübut edir.
Bu məlumatı sayta Kremlə yaxın olan anonim mənbələr verib. Onun sözlərinə görə, “cavablar rusların özünün və ölkənin gələcəyinə nikbin baxmadığını göstərir”.
Kremlin sifarişi ilə keçirilən qapalı sorğuların nəticələri açıq sorğuların nəticələri ilə böyük ölçüdə üst-üstə düşür.
Müstəqil sorğu şirkəti “Russian Field” oktyabrda sorğu keçirib və onun nəticələrinə görə respondentlərin yalnız 19 faizi həyatın yaxşılaşacağını gözləyir, 57 faizi isə müharibə ilə bağlı xəbərlərin yorucu olduğunu etiraf edib.
İyulun sonunda respondentlərin təxminən 40 faizi belə cavab verib.
Ukraynalıların uğurlu əks-hücumlarından sonra Rusiyada müharibənin davam etdirilməsi tərəfdarlarının sayı bir qədər azalıb. Bununla belə, oktyabrda bu yüksək olub, 68 faiz müharibənin davam etdirilməli və qalibiyyətlə yekunlaşmalı olduğunu, 22 faiz isə müharibəyə son qoyulmalı olduğunu söyləyib.
Müstəqil ekspertlər onu da qeyd edirlər ki, müharibənin əleyhinə olanların real sayı xeyli çox ola bilər. Çünki bu gün Rusiyada gərgin ab-hava və qorxu şəraitində çoxlu sayda respondent suallara vicdanla cavab verməyə bilər.
Xuraman Etibarlı,
KONKRET.az