Rusiya UNESCO-nun konfransına buraxılmadıbackend

Rusiya UNESCO-nun konfransına buraxılmadı

Rusiyanın UNESCO-nun azad jurnalistika konfransında iştirakına icazə verilməyib.

KONKRET.az xəbər verir ki,  bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Hər il mayın 3-də BMT Baş Assambleyası tərəfindən 1993-cü ildə elan edilmiş Ümumdünya Mətbuat Azadlığı Günü qeyd olunur. Bu münasibətlə BMT-nin beynəlxalq informasiya əməkdaşlığı sisteminin müvafiq qurumu olan UNESCO ənənəvi olaraq tematik konfranslar keçirir. Təəssüf ki, Rusiyanın builki tədbirdə iştirakına icazə verilməyib”, – deyə məlumatda bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*