Planlaşdırılan tədbir çərçivəsində Rusiya və Çin hərbi pilotları Yapon dənizində birgə strateji patrul xidməti həyata keçirib.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb: “Çin və Rusiya hərbçiləri arasında illik əməkdaşlıq planına uyğun olaraq, cümə günü tərəflər Yapon dənizi ərazisində “doqquzuncu birgə strateji hava patrulu” təşkil edib və həyata keçiriblər”, – deyə departamentin mətbuat xidməti məlumat yayıb.
Vəli Həsənoğlu,
KONKRET.az