Rusiya və Ermənistan arasında kritik telefon danışığıbackend

Rusiya və Ermənistan arasında kritik telefon danışığı

Ermənistan parlamentinin spikeri Ruben Rubinyanla Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko arasında telefon danışığı baş tutub.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan parlamenti məlumat yayıb.

Telefon danışığında Ermənistan və Rusiya arasında parlamentlərarası əməkdaşlıq məsələləri müzakirə edilib.

Rubinyan həmkarına Ermənistan mallarının Rusiya bazarına ixracına məhdudiyyətlərin qoyulmasından narahatlığını bildirib və bunun Avrasiya İqtisadi İttifaqının tənzimlənməsi çərçivəsində həllinin vacibliyini vurğulayıb.

Bundan əlavə, spikerlər Ermənistanın Avropa Birliyinə üzvlük prosesi ilə bağlı məsələlərdən danışıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*