“Rusiya və İran Ermənistanı tərk etsə, Qərb bizi müdafiə edə bilməyəcək” – Şarmazanovbackend

"Rusiya və İran Ermənistanı tərk etsə, Qərb bizi müdafiə edə bilməyəcək" - Şarmazanov

Qərb gəmiləri erməni dağlarına qalxa və bizi müdafiə edə bilməyəcək.

KONKRET.az xəbər verir ki, bunu sentyabrın 26-da jurnalistlərlə görüşündə Ermənistan Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov Ermənistanda son vaxtlar qeydə alınan anti-Rusiya təzahürlərini şərh edərkən bildirib.

“Əgər Rusiya və İran Ermənistanı tərk etmək qərarına gəlsə, türklər sözün əsl mənasında evlərimizə yürüş edib, qapımızı döyəcəklər”, – deyə o bildirib.

Şarmazanov qeyd edib ki, Qərb dərhal oriyentasiya edə bilməyəcək. Onun üçün qərar vermək çətin olacaq.

O, Ermənistan hakimiyyətinin İran və Rusiya ilə mövcud müttəfiqliyindən asılı olmayaraq, Qərbdən kömək gözləməsini qəribə hesab edib.

“Dövlət başçıları xarici siyasətdə emosiyaları deyil, quru hesabları rəhbər tuturlar. Yaratdığınız anti-Rusiya əhval-ruhiyyəsi Ermənistan üçün faydalı olacaqmı? Mən həmişə demişəm ki, bizim ərazimizdə iki ordu var: Türkiyənin təmsil etdiyi NATO və Rusiya.

Əgər onlara elə gəlirsə ki, Rusiya ordusu Ermənistandan çıxandan sonra Qərb dərhal köməyə gələcək, o zaman xatırladım ki, Qərb gəmiləri erməni dağlarına qalxa bilməyəcək. Onlar bunu istəmirlər və sadəcə edə bilməzlər”,- deyə müxalifətçi vurğulayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*