Rusiya və Türkiyə xarici işlər naziri müavinləri məsləhətləşmələr aparıblarbackend

Rusiya və Türkiyə xarici işlər naziri müavinləri məsləhətləşmələr apardı

Moskvada Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko və Türkiyə Respublikasının xarici işlər nazirinin müavini F.Kaymakcının iştirakı ilə məsləhətləşmələr keçirilib.

KONKRET.az Rusiya XİN-ə istinadən xəbər verir ki, məsləhətləşmələrdə Rusiya ilə Türkiyə arasında ikitərəfli əməkdaşlıq məsələləri və Qərbi Balkanlarda mövcud vəziyyətin problemləri ətrafında hərtərəfli və səmimi fikir mübadiləsi aparılıb.

Bosniya və Herseqovinadakı vəziyyətə xüsusi diqqət yetirilərək, daxili siyasi vəziyyətin 1995-ci ildə imzalanan Dayton Sazişinin prinsiplərinə uyğun olaraq tezliklə normallaşdırılmasının zəruriliyi vurğulanıb. Bu məqsədlə Rusiya-Türkiyə əməkdaşlığının intensivləşdirilməsi variantları müzakirə edilib.

Kosovoda nizamlanma kontekstində Rusiyanın mövqeyi BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsi əsasında Belqrad və Priştina tərəfindən həyat qabiliyyətli və qarşılıqlı məqbul həllin əldə edilməsi lehinə təsdiqlənib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*