Rusiya XİN binası qarşısında səfir Lin Treysiyə HÜCUM EDİLDİbackend

Rusiya XİN binası qarşısında səfir Lin Treysiyə HÜCUM EDİLDİ

Rusiya Xarici İşlər Nazirliyinin binası yaxınlığında səfir Lin Treysi  hücuma məruz qalıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb.

Dünən ABŞ-ın Rusiyadakı yeni səfiri Lin Treysi etimadnaməsini təhvil verməyə gələndə Rusiya Xarici İşlər Nazirliyinin binasının girişində Amerika əleyhinə şüarlar səsləndirən kütlənin hücumuna məruz qalıb.

Bəzi diplomatik razılaşmalara baxmayaraq, Moskva ilə Vaşinqton arasında yüksək səviyyəli təmaslar Rusiyanın Ukraynaya müdaxiləsindən sonra demək olar ki, dayanıb.

“Səfir Treysi gərginlik dövründə paytaxtlarımız arasında dialoqun davam etdirilməsinə, Rusiyada saxlanılan Amerika vətəndaşlarının maraqlarının qorunmasına, Amerika və Rusiya xalqları arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət edir”, – deyə ABŞ-ın Rusiyadakı səfirliyindən bildirilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*