“Rusiya XİN-in bəyanatına Ermənistan hakimiyyətinin susması qəribə və anlaşılmazdır” – “Joxovurd”backend

"Rusiya XİN-in bəyanatına Ermənistan hakimiyyətinin susması qəribə və anlaşılmazdır" - "Joxovurd"

“Rusiya XİN-in bəyanatı ilə bağlı Ermənistan hakimiyyətinin susması ən azı qəribə və anlaşılmazdır”.

KONKRET.az xəbər verir ki, bu barədə erməni nəşri “Joqovurd” yazı dərc edib.

“Yanvarın 26-da Rusiya Xarici İşlər Nazirliyi Aİ-nin yeni monitorinq missiyasının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi qərarına reaksiya verib. XİN  bildirib ki, Aİ missiyası geosiyasi qarşıdurmaya səbəb ola bilər.

Bu bəyanat Ermənistan ictimaiyyəti və ekspert dairələri arasında böyük əks-səda doğurdu və çox müzakirə olundu. Buna baxmayaraq, Ermənistanın ali rəhbərliyi Rusiya Xarici İşlər Nazirliyinin bu bəyanatına cavab verməyə tələsmir.

Ermənistan XİN-dən sorğumuza cavabdan yayınıb: “Sizin sorğunuza cavab olaraq bildiririk ki, Ermənistan tərəfi artıq Aİ-nin monitorinq missiyası ilə bağlı öz mövqeyini ictimaiyyətə açıqlayıb.

Vaxtaşırı yüksək tribunalardan kəskin anti-Rusiya bəyanatları ilə çıxış edən Ermənistan hakimiyyətinin bu susqunluğu ən azı qəribə və anlaşılmazdır”, – deyə qəzet yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*