Rusiya XİN-nin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcəkbackend

Rusiya XİN-nin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

Rusiya Xarici İşlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayev yaxın vaxtlarda Bakıya səfərə gələcək.

KONKRET.az “TASS”a istinadən xəbər verir ki, bu barədə  qurumun İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev bu gün keçirilən brifinqdə məlumat verib.

“Həqiqətən də, növbədə İqor Xovayevin Bakıya səfəridir”, – deyə Neçaev bildirib.

O qeyd edib ki, noyabrın 14-də xüsusi nümayəndə Ermənistana səfər edib.

Rusiya XİN-nin nümayəndəsi bildirib ki, Xovayev oktyabrın 31-də Soçidə keçirilən görüşdə Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlarda əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə bağlı erməni tərəfdaşları ilə faydalı müzakirələr aparıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*