Rusiyada axtarışda olan şəxs İrəvanda SAXLANILDIbackend

Rusiyada axtarışda olan şəxs İrəvanda SAXLANILDI

Vandalizm işi üzrə Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan Nikita Kamenski Ermənistanın “Zvartnots” hava limanında saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Kamenski özü “OVDİnfo”ya məlumat verib.

Belə ki, Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti 31 yaşlı Nikita Kamenskinin İstanbuldan İrəvana gəldiyini bildirib. O, hava limanında saxlanılaraq polis bölməsinə aparılıb. Həmin şəxs qabaqlayıcı tədbir olaraq ölkəni tərk etməmək barədə yazılı öhdəlik götürüb.

Bildirilib ki, 2022-ci ilin iyulunda “Timiryazevskaya” metrosu yaxınlığındakı müharibə əleyhinə yazılara görə Kamenskiyə qarşı iş başlanıb və Rusiya ordusunu nüfuzdan salma maddələri ilə protokollar tərtib edilib. İyulun 12-də onun mənzilində axtarış aparılıb. Dekabrın 8-də isə Daxili İşlər Nazirliyi Nikita Kamenskini axtarışa verib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*