Rusiyada DƏHŞƏTLİ PARTLAYIŞ – Xəsarət alanlar var – VİDEObackend

Rusiyada DƏHŞƏTLİ PARTLAYIŞ - Xəsarət alanlar var - VİDEO

Ulyanovsk rayonunda, Kuzovatovo kəndində Qaston yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib.

KONKRET.az xəbər verir ki, İyulun 9-da saat 17:05-də (Bakı vaxtı ilə) Ulyanovsk vilayəti üzrə Böhran İdarəetmə Mərkəzinin operativ növbətçi xidmətinə  yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, saat 17.37-də 100 kvadratmetrdən çox ərazini əhatə edən yanğın başlayıb. Yanğının söndürülməsinə 27 nəfər və 10 texnika, o cümlədən Fövqəladə Hallar Nazirliyinin 21 nəfər, 7 texnika cəlb olunub.

İlkin məlumata görə, 5 nəfər xəsarət alıb. Üç nəfər Kuzovatovskaya Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstələrdən ikisinin vəziyyəti ağır, digərinin vəziyyəti orta-ağırdır. Qubernator Aleksey Russkix regional Səhiyyə Nazirliyinə məsələni nəzarətdə saxlamağı tapşırıb.

Yanğına odla ehtiyatsız davranma səbəb olub.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*