Rusiyada hava hücumu xəbərdarlığı EDİLDİ – VİDEObackend

Rusiyada hava hücumu xəbərdarlığı EDİLDİ - VİDEO

Rusiyada hava hücumu xəbərdarlığı edilib. Xəbərdarlıq həyəcan siqnalı ilə müşayiət olunub.

KONKRET.az xəbər verir ki, bü gün internetdə Rusiya radiostansiyaları və telekanallarının hava hücumu xəbərdarlığı barədə məlumat yayılıb.

Fövqəladə Hallar Nazirliyi Rusiya Federasiyasının bir sıra regionlarında hava hücumu xəbərdarlığı barədə məlumatı təkzib edib.

Rusiyanın FHN-in mətbuat xidməti bildirib ki, ölkənin müxtəlif regionlarında radiostansiyalar və telekanallar haker hücumuna məruz qalıb.

“Ölkənin bəzi regionlarında radiostansiyaların və telekanalların serverlərinin sındırılması nəticəsində hava hücumu elan edilməsi barədə məlumat efirdə yayımlanıb.

Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi bu məlumatın yalan olduğunu və həqiqətə uyğun olmadığını bildirir”, – məlumatda deyilir.

Voronej və Belqorod vilayəti də səhər saatlarında regionların radiostansiyalarında həyəcan təbili çalınması barədə məlumatı təkzib ediblər.

Regionda vəziyyətin nəzarət altında olduğu və insident olmadığı qeyd edilir. Regional hakimiyyət sakinlərdən sakit olmağı və yalnız etibarlı mənbələrə inanmağıi xahiş edir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*