Rusiyada hərbi komissarlığa silahlı hücum: Komissar güllələndi – VİDEObackend

Rusiyada hərbi komissarlığa silahlı hücum: Komissar güllələndi - VİDEO

Rusiyanın İrkutsk vilayətinin Ust-İlimsk şəhərindəki hərbi komissarlığda atışma olub.

KONKRET.az “Kommersant”a istinadən xəbər verir ki,  hadisəni törətməkdə şübhəli bilinən Ruslan Zinin adlı şəxs saxlanılıb.

İrkutsk vilayətinin qubernatoru İqor Kobzev hərbi komissar Aleksandr Yeliseyevin son dərəcə ağır vəziyyətdə reanimasiyada olduğunu təsdiqləyib.

Qubernator təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə göstəriş verib və bölgə sakinlərini sakit olmağa çağırıb.

Hüquq-mühafizə orqanlarındakı mənbə  bildirib ki, atəş açan şəxs yerli sakindir.

Faktla bağlı cinayət işi açılıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*