Rusiyada hərbi xidmət müddəti uzadıla bilərbackend

Rusiyada hərbi xidmət müddəti uzadıla bilər

Rusiya Silahlı Qüvvələrində hərbi xidmət müddəti iki ilə qədər uzadıla bilər.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin sədri Viktor Bondaryov bildirib.

Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin arsenalına yeni hərbi texnika daxil edilir və əsgərlərin onları bir ildə mənimsəmələri mümkün deyil.

Qeyd edək ki, buna bənzər təşəbbüslə bu ilin oktyabr ayında senator Vladimir Cabarov və Dövlət Dumasının deputatı Mixail Şeremet çıxış edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*