backend

Rusiyada iki özbək tikintidə öldü - Cinayət işi qaldırıldı

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

KONKRET.az-ın Orta Asiya ölkələri bürosu xəbər evrir ki, Rusiyanın Voronej şəhərində bir tikinti sahəsində Özbəkistanın iki vətəndaşı ölüb.

Xarici İşlər Nazirliyinin məlumatına görə, tikilməkdə olan evin 13-cü mərtəbəsindən düşən kərpiclər iki nəfərin ölümcül xəsarət almasına səbəb olub.

Hazırda Rusiya Federasiyası Cinayət Məcəlləsinin 109-cu maddəsinin 3-cü (səhlənkarlıqdan ölüm) maddəsi ilə cinayət işi açılıb və istintaq davam edir.

Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Səfirlik Özbəkistanın İş və Əmək Münasibətləri Nazirliyi yanında Xarici Əmək Miqrasiya Agentliyi İdarəsi ilə birlikdə həmvətənlərinin meyitlərinin vətənlərinə göndərilməsi ilə bağlı konsulluq, hüquqi və təşkilati məsələlərin həllinə kömək edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*