Rusiyada karantini pozanlara veriləcək həbs müddəti açıqlandıbackend

Rusiyada karantini pozanlara veriləcək həbs müddəti açıqlandı

Rusiya Prezidenti Vladimir Putin karantin və sanitar-epidemioloji qaydaları pozanların azadlıqdan məhrum edilməsini nəzərdə tutan qanunu imzalayıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, qanuna əsasən karantin rejimini pozanlar səhlənkarlığa yol verərək kütləvi yoluxmaya səbəb olarsa, 1 milyon rubl cərimələnəcək, yaxud 3 ilədək həbs ediləcəklər. Əgər rejim qaydalarını pozmaq insan ölümünə səbəb olarsa, bu cərimə 2 milyon rubl, həbs müddəti isə 5 ilədək nəzərdə tutulur.

2 və daha artıq insan ölümünə səbəb olarsa isə, həmin şəxsi 7 ilədək həbs gözləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*