Rusiyada korrupsiyaya görə məhkum olunanların sayı artır – ŞOK STATİSTİKAbackend

Rusiyada korrupsiyaya görə məhkum olunanların sayı artır - ŞOK STATİSTİKA

Rusiyada korrupsiyaya görə məhkum olunanların sayı artır. Belə ki, Rusiyada rüşvət almaqda ittiham olunanların sayı il ərzində demək olar ki, 14% artıb.

KONKRET.az rus mediasına istinadən xəbər verir ki, 2023-cü ildə ölkədə rüşvətxorluğa görə 1914 nəfər məhkum edilib. Bu, 2022-ci illə müqayisədə 13,6% çoxdur. Rusiya Ali Məhkəməsinin Məhkəmə Departamentinin statistik məlumatlarının təhlili deməyə əsas verir ki, rüşvətxorların sayının artması ilə yanaşı, ölkədə rüşvətxorluğa görə məhkum olunanların sayı da 10% artıb. 2023-cü ildə bu cinayətə görə 2363 nəfər məhkum edilib.

Hüquqşünas Vitali Burkin hesab edir ki, məmurlar tez-tez rüşvətxorluq ittihamlarını dələduzluq kimi təsnifləşdirməyə çalışırlar. Fırıldaqçılıq maddəsinə əsasən, daha qısa cəza ala və milyonlarla dollarlıq cərimələrdən yayınmaq mümkündür.

Rəsmiyyə Şərifova,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*