Rusiyada Putin sonrası hakimiyyət uğrunda mübarizə gedir – ŞƏRHbackend

Rusiyada Putin sonrası hakimiyyət uğrunda mübarizə gedir - ŞƏRH

“Rusiyada Putin sonrası hakimiyyət uğurunda mübarizənin şiddətlənməsi media üzərindən aparılan prosesə baxanda daha aydın görünür”.

KONKRET.az xəbər verir ki, bu sözləri siyasi analitik Nazim Cəfərsoy Rusiyada yaşanan hadisələri şərh edərkən deyib. Analitik Rusiya müxalifətinin lideri Aleksey Navalnınin son addmlarını yetərincə ağıllı düşünülmüş gedişlər kimi qiymətləndirib:

“Kremlin hakimiyyətinin nisbətən “Qərbə ən yaxın üzü” və Putin sonrası üçün namizədlərdən sayılan Dmitri Medvedevə vurulan ən böyük zərbələrdən biri Navalnının Medvedev haqqında korrupsiya hesabatı hazırlaması idi. Putinə dair son video isə hazırda Rusiya hakimiyyətində qruplar arasında balansı təmin edən fiqur olan prezidentə ciddi zərbə vurmaq cəhdidir. Navalnının bu iki həmləsi yetərincə ağıllı düşünülmüş addımlardır. Bu iki addımın arxasında Navalnının komandasından başqa kimlərsə varmı, varsa, bunlar kimlərdir? Bunu bilmək çətindir. Ancaq avtoritar rejimlərdə bu cür detallı məxfi məlumatları sistem daxilindən dəstək almadan həyata keçirmək çox çətindir.

Tam da bu günlərdə Putin sonrası üçün iddialı bir digər fiqur olan müdafiə naziri Sergey Soyquya mətbuat katibi xanım üzərindən zərbə vurulması da maraqlıdır. Bu arada Şoyqunu Kremlin və Rus dərin dövlətinin gözündə baqaja qoya biləcək addımlar arasında Qarabagdakı Rus sülhməramlıların üzərindən atılacaq həmlələr də ola bilər. Məsələn, Rus ordusunda və ya komandirlərində mövcud olan müəyyən dərəcədəki xristianlıq motivi və erməni simpatiyası və ya türk əleyhdarlığı kimi amillər istifadə edilərək Kremlin xüsusi önəm verdiyi regional balans və Qarabağdakı sülh missiyası sabotaj edilə bilər.

Bunun fakturası rəqibləri tərəfindən məntiqi olaraq ilk öncə Şoyquya çıxarılacaq. Rusiyada siyasəti hərəkətli günlər gözləyir. Bu dalğalanmanın post-sovet coğrafiyaya və bu konteksdə bizə müxtəlif mənalarda təsirləri olacaq”. (qaynarinfo)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*