Rusiyada yaşayan tanınmış azərbaycanlı bloger Hüseyn Həsənov 1,5 il müddətinə sürücülük hüququndan məhrum edilib.
KONKRET.az xəbər verir ki, bu barədə BAZA “Telegram” kanalı xəbər verib.
Bundan başqa o, 30 min rubl (təxminən 690 manat) cərimə ödəməlidir.
Xatırladaq ki, iyulun 7-də polislər tərəfindən saxlanılan H.Həsənov tibbi müayinədən keçməkdən imtina etdiyi üçün, ona qarşı inzibati iş qaldırılmışdı.
Qeyd edək ki, Rusiyada yaşayan azərbaycanlı blogerin 17,1 milyon “Instagram” izləyicisi və 1,38 milyon “YouTube” abunəçisi var.
