Rusiyada yəhudi agentliyinin ləğvi prosesi başlayırbackend

Rusiyada yəhudi agentliyinin ləğvi prosesi başlayır

Rusiya Ədliyyə Nazirliyi İsrail Yəhudi Agentliyinin ölkədəki nümayəndəliyinin ləğvi üçün məhkəməyə müraciət edib.

KONKRET.az xəbər verir ki, bu haqda Moskvanın Basmannı vilayət məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, mövzu ilə bağlı ilkin baxış iclası iyulun 28-də keçiriləcək.

“JAFI” 1929-cu ildə dünya yəhudilərini İsraillə birləşdirmək məqsədi ilə yaradılıb. Sözügedən agentlik həm də yəhudilərin Fələstin torpaqlarına köçürülməsi üçün fəaliyyətlər həyata keçirməklə tanınır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*