Rusiyada Yekaterinburqun keçmiş meri Yevgeni Royzmanın məhkəməsi başlayıb.
KONKRET.az xəbər verir ki, Rusiya Federasiyasının silahlı qüvvələrini nüfuzdan salmaqda ittiham olunur.
Keçmiş mer dinləmədən əvvəl onu dəstəkləməyə gələn insanlara təşəkkür edib.
“İnsan üçün ən böyük dəyər azadlıqdır. Amma mən yaşlandıqca anlayıram ki, düşündüklərini söyləmək azadlığı bəzi hallarda daha dəyərli ola bilər”, – Royzman məhkəmə zalında deyib.
Xatırladaq ki, Royzman Rusiyanın Ukraynaya müdaxiləsinə fəal şəkildə qarşı çıxıb və onlayn rejimdə hökumət rəsmilərini tənqid edib.
Xuraman Etibarlı,
KONKRET.az
