Məlum olduğu kimi Rusiyanın Stavropol diyarında Svetlograd – Blagodarny – Budennovsk avtomobil yolunun 78-ci km-də baş verən qəzada bir neçə azərbaycanlı xəsarət alıb. KONKRET.az xəbər verir ki, sürücü Aydın Vəliyev, Eyyub Abdulrahmanov (22 yaş), Sənubər Turabova, (Quba, 48 yaş), Cəmil Sultanov, (Xaçmaz, 23 yaş), Aydın Vəliyev, (Quba, 52 yaş) hazırda xəstəxanada müalicə alırlar. Pyatiqorsdakə Azərbaycan Cəmiyyətinin sədri Təhmasib Zeynalov bir qrup azərbaycanlı ilə xəstələri ziyarət edib. Həkimlər müalicələrinin uğurla getdiyini bildiriblər.
Yeri gəlmişkən, yaralananlardan Şəhla Abdullayevanın vəziyyəti ağır olaraq qalır. O, hazırda xəstəxananın reanimasiya şöbəsindədir
Qeyd edək ki, baş verən yol-nəqliyyat hadisəsi zamanı “Ford Transit” markalı mikroavtobus və “Lifan” markalı minik avtomobili toqquşub.
SƏNAN