Rusiyadan ilk ayrılacaq bölgələrin adları açıqlanıb.
KONKRET.az xəbər verir ki, bu proqnozu “Kanal 24”də beynəlxalq analitik, Rusiya Federasiyası Dövlət Dumasının keçmiş deputatı İlya Ponomaryov səsləndirib.
O bildirib ki, Rusiyanın bəzi bölgələri gələcəkdə Rusiya Federasiyasından ayrıla bilər və bundan sonra dövlətin özü də mövcudluğunu dayandıracaq.
Onun fikrincə, ilk ayrılacaq bölgələr Şimali Qafqaz əraziləri – Çeçenistan və Dağıstan ola bilər.
“Tatarıstanda ciddi separatçı əhval-ruhiyyə var. Problem ondadır ki, o, Rusiyanın digər əraziləri ilə əhatə olunub və onun müstəqilliyi yalnız dövlətin tam dağılması ilə mümkündür”, – deyə o əlavə edib.
Analitik Rusiyanın tam dağılacağına inanmır.
“Putinizmin süqutundan sonra Rusiya vahid ərazi olaraq qalacaq. Amma Rusiya bir dövlət olaraq mövcudluğunu dayandıracaq. Bu, Rusiya respublikası ola bilər, amma bu gün tanıdığımız Rusiya Federasiyası olmayacaq”, – deyə Ponomaryov əminliyini bildirib.
Qeyd edək ki, daha əvvəl yazıçı Boris Akunin Rusiyanın dağılması və yeni qapalı ölkəyə çevrilməsi barədə fikirlər bildirib.
Rusiyanın kədərli ssenarisi Ukrayna üçün də pisdir, çünki Moskva ukraynalıların sülh şəraitində yaşamasına imkan verməyəcək”,- deyə analitik əlavə edib.
Xuraman Etibarlı,
KONKRET.az
