Rusiyadan şok qərar: Ölkə ərazisində Ermənistan vətəndaşlarının sürücülük vəsiqəsi qadağan edildibackend

Rusiyadan şok qərar: Ölkə ərazisində Ermənistan vətəndaşlarının sürücülük vəsiqəsi qadağan edildi

“Sürücülük məhdudiyyəti yalnız Ermənistana şamil edildi”․ Bu barədə açıqlama  ilə Xarici işlər nazirinin müavini Şavarş Koçaryan çıxış edib. Konkret.az erməni mediasına istinadla bildirir ki, Xarici İşlər Nazirinin müavini Şavarş Koçaryan bu gün parlamentdə Rusiyada Ermənistan vətəndaşlarının sürücülük vəsiqəsinə qadağan edilməsinə toxunub.

Nazir müavini bildirib ki, “Bu məsələ Avrasiya İqtisadi Şurasının dünən Moskvada keçirilən iclasının gündəliyinə daxil olub. Bu məsələ iki sahədə müzakirə edilib: çoxtərəfli və ikitərəfli. Avrasiya İqtisadi Birliyi haqqında müvafiq müqavilədə belə bir məhdudiyyət nəzərdə tutulmadığı üçün ikitərəfli məhdudiyyət Rusiya qanunvericiliyi tərəfindən nəzərdə tutulur. Rusiya bu hüququndan istifadə edərək Avrasiya İqtisadi Birliyinə üzv olan ölkələr sırasında bu məhdudiyyəti yalnız Ermənistana tətbiq edib.

Hazırladı: Fadil Paşayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*