Rusiya Suriyanın İdlib vilayətinin qərbindəki xristianların yaşadığı Yakubiye və Cudeyda kəndlərinə hava zərbələri endirib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 5-i uşaq olmaqla 7 mülki şəxs həlak olub, 13 nəfər isə yaralanıb.
Bildirilib ki, həyatını itirənlər Həma əyalətində Bəşər Əsəd rejiminin hücumlarından qaçaraq bölgəyə sığınan mülki vətəndaşlardır.
İqbal Rzayev,
KONKRET.az