Rusiya Xarici İşlər Nazirliyi Britaniya parlamentinin İcmalar Palatasının 287 üzvünə qarşı şəxsi məhdudiyyətlərin tətbiq edildiyini açıqlayıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Böyük Britaniyanın Rusiya Dövlət Dumasının 386 deputatına qarşı tətbiq etdiyi sanksiyalara cavab olaraq bu addım atılıb.
Belə ki, Britaniya parlamentinin İcmalar Palatasının 287 üzvü hazırda Rusiyaya daxil ola bilmir. Onlara qarşı “başa-baş” prinsipi tətbiq olunub. Və məhdudiyyətlər qoyulub.
Rusiya tərəfi bildirir ki, sanksiya tətbiq edilən Britaniya parlamentinin nümayəndələri Londonda anti-Rusiya abu-havasının yaradılmasında fəal iştirak ediblər və rusofob isteriyasının əsassız şəkildə qızışdırılmasına “töhfə” veriblər.
Sanksiyaya məruz qalan Britaniya parlamentarilərinin tam siyahısı Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunub. Siyahının genişləndirilməsi üzrə işlər davam etdirilir.
Müşviq Tofiqoğlu,
KONKRET.az
