Rusiyalı alim: “Zəlzələdən sonra təkrar təkanlar bir neçə il davam edə bilər”backend

Rusiyalı alim: "Zəlzələdən sonra təkrar təkanlar bir neçə il davam edə bilər"

Bazar ertəsi Yaxın Şərqdə baş verən güclü zəlzələdən sonra təkrar təkanlar bir neçə il davam edə bilər.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Yer qabığı İnstitutunun direktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Dmitri Qladkoçub bildirib.

Alim hesab edir ki, Türkiyədə baş verən zəlzələdən sonra təkrar təkanlar bir neçə il davam edə bilər.

O, nümunə kimi Baykal və Xubsuqul göllərində müxtəlif illərdə baş vermiş və zəlzələlərin bir ildən iki ilə qədər davam etdiyi zəlzələləri göstərib.

“Afterşoklar bir neçə il davam edə bilər. Bu uzun prosesdir”, – deyə o bildirib.

Qladkoçubun sözlərinə görə, ilk zəlzələdən bəri Türkiyədə artıq 400-ə yaxın afterşok qeydə alınıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*