Rusiyalı deputat nömrəsi 666 olan avtomobil sahiblərinə səsləndi: “Qorxmayın!”backend

Rusiyalı deputat nömrəsi 666 olan avtomobil sahiblərinə səsləndi: “Qorxmayın!”

Dövlət Dumasının deputatı və Krımın keçmiş prokuroru Natalya Poklonskaya 666 nömrəsi ilə olan maşınları tənqid etməməyi xahiş edib.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, o, ilahiyyatçılar ilə söhbət etdiyini deyib.

Poklonskya “Facebook”da hamıya bu rəqəmlərdən və barkodlardan qorxmamağı məsləhət görüb.

Millət vəkili qeyd edib ki, bəzi insanlar “ekstrasenslərin döyüşlərinə” yenidən baxdıqdan və ya qorxulu hekayələr oxuduqdan sonra nömrələrin sayını maşın nömrələri ilə əlaqələndirirlər.

“Bunun pravoslavlığa heç bir aidiyyəti yoxdur! 666 ədədi 4 dəfə Müqəddəs kitabda qeyd olunub”- o vurğulayıb.

“Onsuz da hər kəs bu dünyadakı əmələrinə uyğun cəza alaraq. Hətta müqəddəs kitabın özündə də 666 nömrəli bir səhifə var, heç kim onu kitabdan çıxarmır”, – deyə deputat əlavə edib.

O qeyd edib ki, əgər insanlar yollarda 333 və ya 777 rəqəmi olan avtomobilləri görürlərsə, bu o demək deyil ki, bu, onlara uğur gətirəcək”.

“Avtomobil nömrələri ilə bağlı bu hekayə təxribat kimi görünür”, – deyə o bildirib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*